Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6317

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyevin ad günüdür

14:47  |    07 Fevral 2016  |   E-mail  |  Çapa göndər

Şamoyev Firudin İsa oğlu - 1962-ci il 7 fevralda Qazax rayonunda anadan olmuşdur. Orta təhsilini doğma rayonlarında almış, 1981-ci ildə Həqiqi hərbi Xidmətə çağırılmış 1983-cü ildə Ordudan tərxis olunaraq Qazağa qayıdaraq, Təmir Tikinti İdarəsində çilingər işinə başlayır.

1991-ci il 8 iyulda könüllülərdən ibarət dəstəyə yazılır. 707 saylı hərbi hissədə minaatan bölüyün komandiri vəzifəsinə təyin olunur.

Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində xüsusi qəhrəmanlıq nümayiş etdirir.

1992-ci il 13 apreldə Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşdə F. Şamoyev qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Qazax rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

Qazax şəhərindəki orta məktəblərdən biri qəhrəmanın adını daşıyır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2019
Milli Qəhrəman Seymur Məmmədova həsr olunmuş filmin təqdimatı keçirilib
21.05.2019
Gəncə Şəhər Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapılıb
21.05.2019
Mayın 25-dən 31-dək bu küçələrə vətəndaşların girişi məhdudlaşdırılacaq
21.05.2019
Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələri ilə bağlı dövlət rüsumları dəyişir
20.05.2019
Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək