Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4306

Digər sorğular

Rusiyadan Әrdoğana “haqlısan “ mesajı

11:02  |    29 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Yaxud vurulan bir qırıcının ortaya çıxartdığı gerçәkliklәr

Elşad Paşasoy | [email protected]

Rus qırıcısı ətrafında toz-duman aradan qalxdıqca vəziyyət aydınlaşır. Artıq rusların içərisində də həqiqəti etiraf edənlər tapılır. Rusiyanın bir qrup hüquq müdafiəçisi ölkənin Hərbi Prokurorluğuna müraciət edərək Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılmasını tələb edib. Məlum olub ki, ordu rəhbərliyi vəzifə səlahiyyətlərini aşaraq Suriya əməliyyatlarında iştirak edən təyyarələrə tanınma nişanlarını çıxartmağı əmr edibmiş.

Ancaq təkcə bu da deyil. Rusiya Müdafiə Nazirliyi rus aviasiyasında qəbul olunmuş çağırış kodlarına cavab vermək, Türkiyə Hərbi Hava Qüvvələrinin tanınma ilə bağlı çağırışlarını cavablandırmamaq haqqında da əmr imzalayıbmış. “Bu da Türkiyə HHQ-nin Su 24 bombardmançı təyyarəsinin kimə məxsus olmasını müəyyən etməsini mümkünsüz edib və bombardmançının vurulmasına əmr verilib”-yazıb ədalətli hüquq müdafiəçiləri Konstantin Seleznyov, Valeriy Ostavnıx və Mixail Anşakov...Çox ciddi məsələdir və Putinin bütün arqumentlərini alt-üst edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, türk hərbçilər qırıcının Rusiyaya məxsus olduğunu bilməyib. Tam haqlıymış. Demək əgər rus bombardmançının üzərində Ruisyaya məxsusluğunu sübut edən əlamətlər olsaydı, hətta hava sərhədini pozmuşdusa belə, yenə də uzun illərin əməkdaşlığına xatir güzəşt edilərdi, ən azı türk qırıcılar onu geri qayıtmağa vadar edərdilər. Xarici təhriklərə, rus-türk qarşıdurması yaratamaq istəyənlərin cəhdlərinə rəğmən Ankada Moskva ilə üz-üzə gəlmək istəmir, bunu Ərdoğan başda olmaqla Türkiyənin dövlət və hökumət təmsilçilərinin son davranışları, açıqlamaları da sübut etdi.

Təyyarə vurulandan dərhal sonra Türkiyə prezidenti Putinə zəng edib, lakin həmkarı iki saat ərzində dəstəyi qaldırmaq üçün “vaxt tapmayıb”. Səbəb? Bu, təkcə Putinin dediyi kimi, Rusiyanın kürəyindən vurulmasından doğan qəzəbdən irəli gəlməyib. Təbii ki, rus lider üçün qırıcısının məhvi gözlənilməz idi. Hesab edirdi ki, kimsə buna cəsarət etməz. Xəzər dənizindəki donanmasından Suriyaya raketlər yağdıranda da özünə əminliyi var idi. Putin türk həmkarı ilə ona görə danışmayıb ki, onda detallı məlumat olub, Su 24-ün Türkiyə sərhədini pozması, tanınma nişanının olmaması, pilotların Türkiyə HHQ-nin xəbərdarlığına sayğısızlığı barədə. Müdafiə Nazirliyinin rəsmi əmri varkən nazir Şoyqu bu barədə Putini məlumatlandırmamış deyildi...

Ancaq Türkiyə öz qərarında haqlı olduğuna tam əmin olduğu üçün bu qədər rahatdır. Jirinovski İstanbul boğazına atom bombası atmağı təklif edir, başqa ağılsız rus şovinistləri Türkiyə ilə bütün əlaqələrin kəsilməsini zəruri sayır, ancaq bütün bunlara rəğmən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Lavrova zəng edib baş verənlərə görə təəssüfünü bildirir, Ərdoğan Putinlə gözlənilən Paris toplantısında bir araya gəlmək istədiyini təkrar-təkrar söyləyir. Rusiya rəsmiləri söhbətdən qaçırsa, demək Ankaranın zərrə qədər günahının olmadığını anlayırlar. Əks təqdirdə üz-üzə oturub danışar, həqiqətin üzə çıxmasında maraqlı olardılar.

Türkiyəni broyler, ya turist qadağası ilə qorxutmaq istəyən anti-türk şəbəkəsi anlamır ki, iki nəhəng dövlət arasında gərginlik yaşanacaqsa, bunun zərbəsi həm də Rusiyaya dəyəcək. Faktiki olaraq Türkiyə sanksiyalar dövrünü yaşayan Rusiya üçün əlavə oksigen balonu rolunu oynayıb son ildə. Moskva Türkiyə ilə də əlaqəni kəsəndən sonra kimlə müttəfiqlik edəcək, bəlkə Ermənistanla?

Putin rusların qəzəbini səngitmək üçün bu qədər aqressiv tövr nümayiş etdirdi. Türkiyə dövlətinin sayğılı davranışının qarşılığında Rusiya səfirliyinə xain hücum oldu, əslində Türkiyə elçisini geri çağırmaq haqqına malik idi, lakin əməkdaşlıq əhdinə sadiqlik səbəbilə buna getmədi. Şovinist ruslar Leninqrad vilayətində türk iş adamının fabrikinə od vurublar. Bir gecədə 39 türk iş adamı müxtəlif adlarla saxlanılıb, basqılar davam edir...

Ancaq Türkiyə dövlət rəsmiləri bunun qarşılığında ölkədəki yüz minlərlə rusa qarşı hansısa sərt davranışı xəyalına belə gətirmir. Əksinə, Türkiyədə biznesi olan ruslar da narahatdır. Təkcə İstanbulun “Laləli”sindən Rusiyaya pal-paltar daşıyan rus tacirlərin təşvişini müşayiət etmək kifayətdir. Söhbət iki ölkə arasında milyardlarla dollarlıq dövriyyədən gedir, əlaqələri kəsmək bu qədərmi asandır?

Şübhəsiz ki, anti-türk dalğası ötüb keçəcək, müharibə-filan da olmayacaq. Ancaq günün birində rus xalqı ondan “bizim Suriya nə işimiz vardı” sualına da cavab istəyəcək. Rusiya hakimiyyəti bu sualı ertələmək üçün aqressiyanı işə salıb, Ankaranı atom bombası ilə hədələməklə həm də rus xalqını yerində oturtmaq istəyir. Bu gün Rusiyada xalq hərəkatının başlanması xarici dəstəyini xeyli itirmiş Putin hakimiyyəti üçün fəlakətli vəziyyət yaradar...

****

Rusiya-Türkiyə qarşıdurması Azərbaycan üçün çətin situasiya yaradıb, yumşaq desək, biri təhlükəli qonşu, digəri dost-qardaş. Ancaq bu qarşıdurmanın müsbət tərəfləri də oldu, gerçəkləri üzə çıxartması səbəbindən. 1.Məlum oldu ki, Rusiyada hər an Azərbaycanı yenidən işğal etmək istəyən qüvvələr var və Gömrük İttifaqına girsək, Rusiya Qarabağı bizə qaytaracaq söhbəti sadəcə nağıldır. 2. Türkiyənin Azərbaycan üçün yeganə, təmənnasız müttəfiq, arxa-dayaq olması bir daha təsdiqləndi. Elə son həftədə Türkiyənin baş naziri Əhməd Davudoğlunun və XİN başçısı Mövlud Çavuşoğlunun “Qarabağ məsələsində Azərbaycanın yanındayıq” bəyanatları, türk nazirin Bakıya səfəri bunu bir daha isbatladı. Hətta bəzi Rusiya ekspertləri Türkiyənin Qarabağda hərbi əməliyyatlara başlayacağından narahatdırlar. 1918-ci ildə türk ordusunun Qarabağı azad etməsini unutmayıblar...
3. Su 24 hadisələri Azərbaycandakı gerçəkləri də üzə çıxartdı. Hətta bəziləri tez-tələsik Rusiyaya xoş gəlmək üçün Ərdoğanı Putindən üzr istəməyə çağırdılar. Fərqli yanaşmalar ola bilər, ancaq Türkiyə ilə bağlı münasibət sərgiləyəndə olduqca ehtiyatlı davranmalıyıq. Elə az öncə Antalya ilə bağlı müşahidələrimdə yazmışdım, ünsiyyətdə olduğum türk qardaşlarımız Azərbaycan adını eşidən kimi ardınca “Can Azərbaycan” deyirdilər. Türkiyədə can və Azərbaycan birgə səslənir. Bu münasibətin qarşılığında Türkiyə dövlətini sadəcə sərhəddini qoruduğu üçün ittiham etmək... yolverilməzdir!

Budur, rus hüquq müdafiəçiləri açıq şəkildə Türkiyəni müdafiə edir. Faktiki olaraq Ərdoğana “haqlısan” mesajı verildi. Yəqin ki, belə mövqelərin davamı gələcək. Maraqlıdır, sonda Rusiya etdiklərinə görə Türkiyədən üzr istəyəcəkmi? Elə bizdəki bəzi ruspərəstlər də...
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
16.01.2017 Qan istəyən qatil prezident
23.10.2016 Uorlik, Şuşa bizimçün nə deməkdir, bilirsənmi?
23.10.2016 Uorlik, Şuşa bizimçün nə deməkdir, bilirsənmi?
08.10.2016 “İncil” oxumaqla donuz darıdan çıxmaz, Papa!
31.08.2015 Şuşanın dağları başı tumanlı...