Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4303

Digər sorğular

`Spam` jurnalistikası

13:53  |    24 Noyabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri

Bir neçə gündür yenə jurnalist fəaliyyətini şantajla, "çamur atmaq" peşəsiylə dəyişik salan bir neçə şəxsin "əmək" fəaliyyətini müşahidə etməkdəyik. E-maillərinə göndərilən hansısa məqsədli, yaxud naməlum spam-məktubu həvəslə və xüsusi inadla yayımlayan bəzi media qurumlarının əməkdaşları Şuraya və onun sədri Azay Quliyevə qarşı qara piar kampaniyası aparmaları bir yana, "qiymətli" tövsiyələri ilə də hamını "feyziyab" edirlər.

Elməddin Behbud |

Məsələn belə saytların birinin redaktoru yazır :"Hər yazıya söyüşlə cavab verən PR-çının axırını yaxşı görmürəm"...

Çox yaxşı! Əlbəttə, ədəb normalarına peşəsindən, cinsindən, sosial, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin riayət etməsi vacibdir. Ancaq ünvanı məlum olmayan, tamamilə saxta, yalan və böhtandan ibarət söz yığınağını tirajlamaqla ictimaiyyəti çaşdırmaq məqsədi daşıyanlar görəsən nədən peşə fəaliyyətlərinin axırı ilə bağlı "uzaqgörənlik" nümayiş etdirmirlər?!

Fəaliyyəti tamamilə şəffaf olan, ölkə daxilində və xaricində milli maraqlarımızın qorunması üçün illərdir uğurla fəaliyyət göstərən dövlət qurumuna qarşı "Qara PR" aparmaqdan zövq alan, ucuz şər, böhtanı yayımlamaqla öyünənlərin diletant və qərəzli mövqeyinə görə nə çalışdığı sahədə, nə də məsələ hüquqi müstəviyə keçərsə, burada uğur qazanamayacağına əminəm.

Ağzını açar-açmaz jurnalistikadan, bəşəri dəyərlərdən, faktlardan danışan bu cür adamların saytlarının e-mailinə göndərilən spam-məktubun sadəcə iftiralardan ibarət olmasını müəyyən etmək üçün o qədər də yüksək dərəcəli peşəkarlığa inanın ki, ehtiyac yoxdur. Sadəcə qərəzsiz olmağa çalışmaq lazımdır...

P.S. Bu gün Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumatda bəzi KİV orqanlarında qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyaların düzgünlüyü yoxlanılmadan yayımlandığı qeyd olunur.

Şuranın haqqında böhtan xarakterli məlumatları yayımlayan “Gündəminfo”, “Criminal.az”, "jam.az" saytlarının adının bu cür media orqanları kimi göstərilməsini müvafiq dövlət orqanının məsələyə operativ reaksiyası kimi qəbul edirik və təşəkkürümüzü bildiririk.

azvision.az
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları