Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4476

Digər sorğular

HƏFTƏNİN ULDUZ FALI

14:16  |    23 Fevral 2015  |   E-mail  |  Çapa göndər
Qoç – Bu həftə yaxın vaxtlar üçün nəzərdə tutduğunuz planlarınızı gizli saxlamağınız məsləhətdir. Qoy bu, yaxınlarınız üçün xoş gözlənilməzlik olsun. Yadların isə bunu bilməyi vacib deyil. Çərşənbə və cümə günləri həmkarlarınız və dostlarınız tərəfindən işdən sonra haradasa oturub söhbət etmək təklifini rədd etməyinə dəyməz . Həftə sonu yaradıcılıq potensialınız güclənəcək və siz yeni ideyalar verəcəksiniz.

Buğa – Sizi nadir hallarda olan sakit və məhsuldar həftə gözləyir. Həftənin ilk günündən qətiyyət və cəsarət göstərə bilsəniz çox şeyə nail olacaqsınız. Çərşənbə gününün xoş xəbərlərlə zəngin olacağı gözlənilir. İstirahət günləri boş şeylərlə özünüzçün xaos yaratmayın. Bu günləri özünüzə və ailənizə sərf edin.

Əkizlər – Həftənin əvvəlindən nöqsan və yalnışlarınızı özünüzcün dəqiqləşdirin. Çərşənbə və cümə axşamı tərəfdaşlıq münasibətlərinizi yeniləyin və vacib əlaqələrinizi genişləndirin. Həftənin şənbə günü isə yenilik etmək arzu olunan deyil. Qohumlarla görüşü başqa günə saxlayın.

Xərçəng – Sizin xoş gün ardınca qaçışınız axır ki, bir nəticə verəcək və bu, sizin öz gücünüzə inanmağa kömək edəcək. Sizin vicdanlı əməyiniz işdə öz gözəl nəticəsini verəcək və mükafatlandırılmağınızın vaxtı çatacaq. Sizin nüfuzunuz yüksək səviyyədədir və buna görə ətrafdakılar fikrinizlə hesablaşaraq sizdən məsləhətlər alacaqlar. Ancaq siz tərəfdən təkəbbürün özünü göstərəcəyi gözlənilir.

Şir – Həftənin həddən artıq məhsuldar, dinamik və müxtəlif hadisələrlə zəngin olacağı gözlənilir. Çalışın hamı ilə əlaqə saxlaya biləsiniz. Ətrafınızda maraqlı hadisələr olacaq. Nə qədər aktiv və hərəkətli olsanız bir o qədər iş görə və çox şey öyrənə bilərsiniz. Cümə günü dəyişiklik qorxusuna görə inad göstərməyə çalışmayın.

Qız – Həftənin bazar ertəsi planlarınızı gerçəkləşdirməyə çalışmayın. Yaxşı olar ki, onu başqa günə saxlayasınız. Çərşənbə günü gecikməyin, xüsusən də işə. Cümə axşamı heç nədə tərəddüd etmədən qəti hərəkətə keçmək məsləhət görülür. Şənbə günü ailəniz üçün nahar yeməyi, dostlarınız üçün əyləncə gecəsi təşkil edin.

Tərəzi – Həftə ərzində bu bürcdən olan insanlar üçün geniş perespektivlərin açılacağı gözlənilir. Əsas odur ki, hadisələrə düzgün qiymət verməyi bacarasınız. İşdə maddi və mənəvi irəliləyişlər olacaq. Çərşənbə günü uğurlu ezamiyyətlər və əyləncəli gəzintilər xeyirlidir. Bazar günü yaxın adamlarınızla mübahisə etməyin.

Əqrəb – Bu həftə ciddi və qətiyyətli işə keçməyə çalışın, lakin unutmayın ki, ağılsızcasına edilmiş risk başladığınız işi kökünə qədər məhv edə bilər. Sağlamlığınıza fikir verin, stomatoloqa gedin, vitaminlər için. Həftə sonu keçmişinizə görə sizə ağırlıq gətirən problemlər aradan qalxacaq. Şənbə günü dostlarla görüş qəlbinizə rahatlıq gətirəcək.

Oxatan – Siz bu həftə çox asanlıqla qəzəb içərisinə düşəcəksiniz. Bu isə təhlükəli vəziyyətdir. Hisslərinizə nəzarət etməyə çalışın. Cümə axşamı sizə maraqlı iş təklifi ola bilər. Bazar günü anlaşılmazlığa son qoya bilərsiniz.

Oğlaq – Bu həftə ərzində şəxsi həyatınızda fövqəladə uğurlar olacaq. Sadəcə olaraq insanlara və öz hisslərinizə inanın. İşdə özünüzün əvəzedilməzliyinizi asanlıqla sübut edə bilərsiniz. Lakin qürurunuzu nümayiş etdirməyə ehtiyac yoxdur.

Dolça – Həftə ərzində vəziyyəti obyektiv qiymətləndirməyə çalışın. İş imkanlarınızı genişləndirin, lakin özünüzü ağır işlə yükləməyin. Bir neçə işi birdən görməyə çalışmayın. Yuxu, istirahət, gəzinti üçün kifayət qədər vaxt ayırın. Ailənizlə, xüsusən də uşaqlarınızla daha çox maraqlanın. Həftənin cümə günü tale sizə yeni dost bəxş edə bilər.

Balıqlar – Həftənin ilk günlərindən başlayaraq pis xarakterli və həyata qarşı neqativ münasibət bəsləyən insanlardan uzaq olmağa çalışın. Çünki onların təsiri altına düşə bilərsiniz. Çərşənbə günü sizə yeni, məvacibi əvvəlcədən verilən iş təklifi ola bilər. Cümə axşamından etibarən uzaq səyahətlər və səfərlər məqsədəuyğun sayılır.


Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
05.01.2017
2017-ci il: Hansı bürcləri nə gözləyir?
01.01.2017
Ən paxıl və qısqanc BÜRCLƏR
31.12.2016
Hansı bürc altında doğulanlara xoruz ili düşərli olacaq? - ASTROLOQLA MÜSAHİBƏ
28.12.2016
2017-cı ildə bürclər nə vəd edir?PROQNOZ
23.11.2016
Məşhur avropalı astroloq Bernard Matyedən 2017-ci ilin ULDUZ FALI