Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5893

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Zakir Tofiq oğlu Yusifovun doğum günüdür

10:03  |    29 Sentyabr 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı Milli Qəhrəmanımızı yad edir.

Yusifov Zakir Tofiq oğlu 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur.

1974-cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi... Belə çətin, məsul vəzifələrdə çalışsa da ali təhsil almağı da unutmurdu. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, o, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyotunu bütün incəliklərinəcən öyrənmişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar... Bu uçuşlar arasında ən yadda qalanlardan biri, sözsüz ki, aprel ayının 11-də Füzuli-Xocavənd istiqamətində həyata keçirdikləri uçuş idi. Zakir Yusifov həmin gün ilk dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya qalxmışdı. Uçuş uğurlu oldu. Onlar döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib geri qayıtdılar. Cəsur komandir yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Hərbi Aviasiyasının döyüş salnaməsinə şanlı səhifələr yazmışdır. 11 oktyabr 1992-ci il... Zakir Yusifovun son uçuşu... Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vuruldu. Bütün heyət həlak oldu.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

Mənbə : Milliqahramanlar.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb
18.10.2018
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndə heyəti ilə görüş olub
18.10.2018
“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİ
18.10.2018
Müstəqilik deyibən realda da müstəqil olmağa çalışaq!
18.10.2018
Sabahın hava PROQNOZU