Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4298

Digər sorğular

ŞƏRƏF DUSTAQ OLUB ŞƏRƏFSİZLİYƏ...(ŞEKSPİR)

17:14  |    30 İyul 2015  |   E-mail  |  Çapa göndər

ŞƏRƏFSİZLƏRİN , ƏXLAQSIZLARIN ƏXLAQSIZLIQ DƏRSLƏRİ

Məğrub BEDELSOY/QAZİ | [email protected]

İnformasiya texnologiyaları inkişaf etdikcə şantaj , kompromat metodları da təkmilləşir. Dünənə kimi ölkə dışına ən qədim peşə yiyələrini transfer etməklə baş tutub, başmaq daşıyanlar indi diktofonlu, videolu şantaja üstünlük verirlər. Dünən şəkilləri montaj edənlər indi video-operatorluq edir, video-montaj şantajı ilə “çörək” qazanırlar. Belə “yaradıcılığın” şərəfsizlik, əxlaqsızlıq olması isə heç kimə gizlin deyil.

Video şantajçıların başlıca hədəfi icra başçıları, dövlət qulluqçularıdır. Şantaj-montaj ustaları o qədər reket qəzet, sayt, “informasiya” vasitəsinə yiyələniblər ki, ən qədim peşə yiyələrini “jurnalist” vəsiqəsi ilə təchiz edib nazirliklərə, idarələrə, icra hakimiyyətlərinə ezam edib, “qələm” haqqı, bağışlayın, “QƏH...” HAQQI TƏLƏB EDİRLƏR. Bir də görürsən elə adamı kiminsə olmayan ailəsini dağıtmaqda şantaj edirlər ki, əlin üzündə qalır. Belə çıxır, şərəfsizlik o həddə çatıb, şatajistlər öz ana-bacılarını, arvadlarını dövlət qulluqçusunun qucağına otuzdurub “kino” çəkirlər? Hələ üstəlik bunu tərbiyəsiz saytlarında anons edirlər? Belə şərəfsiz qazancdan, yaşamadansa ölüm daha yaxşı deyilmi? İlahi, hara gedir bu dünya, bu vətən, bu insanlar? Doğrudan da, şərəf dustaq olub şərəfsizliyə, əxlaqsızlar əxlaqdan dəm vururlar.

Audio - video şantajçıların daha çox bölgələri, icra hakimiyyətlərinin kabinetlərini çəkiliş meydanına çevirmələri də “yaradıcılıq” imkanlarının genişliyi ilə bağlıdır. Axı mərkəzdə şantaj çəkilişi, səs yazısı aparmaq ,şərləmək elə də asan deyil. Ən azı ASAN xidmətə göndəriləcəklərindən əmin olduqlarından və bu xidmətdə də “jurnalist” haqqı nəzərdə tutulmadığından, şərləmə yeri rayonlar seçilir.

Nə yazıq, bağlantılı dövlət qurumları, Mətbuat Şurası “şantaj jurnalistikası”nın qabağında acizdir. Hüquq-mühafizə orqanları, məhkəmələr isə daha çox “görüm-baxıma” üstünlük verdiyindən, yeni-yeni şantaj metodları ilə üzləşəcəyimiz qaçılmazdır. Bu qaçılmazlıqdan qaçmağın isə yolu, fikrimizcə, yuxarıda adını çəkdiyimiz Mətbuat, Teleradio Şuralarının özlərinin məhkəmələrə müraciət edib, iri məbləğdə cərimə sanksiyaları tətbiq etməsi ola bilər. Çünki şantaj audio-video görüntülərinin, reket mətbuatın amacı şərfsizliklə pul qazanmaqdır. Şərəfsizliyin, əxlaqsızlığın başqa nə amacı ola bilər?

Məğrur Bədəlsoy, Qarabağ savaşı əlili - jurnalist


Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları