Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5951

Digər sorğular
"Dünya" rubrikasının yazıları
12.10.2015 15:25
İŞİD lideri Bağdadi ağır yaralanıb
Terror təşkilatı İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi hava zərbəsi nəticəsində ağır yaralanıb.

Trend xəbər verir ki, Ənbarda İŞİD-ə qarşı döyüşən Sünni Şahvan Güclərinin komandiri Aşur əl-Mıhelavinin sözlərinə görə, Ənbarın Karabilə bölgəsində İŞİD liderinin avtomobil karvanına edilən hava hücumu nəticəsində Bağdadinin ağır yaralanması ilə bağlı kəşfiyyat məlumatları əldə olunub.
12.10.2015 15:18
Türkiyədə daha iki hərbçi şəhid olub
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Ərzurum bölgəsində başladığı antiterror əməliyyatları zamanı PKK tərəfdarları ilə hərbçilər arasında yaranmış atışmada iki hərbçi şəhid olub.
12.10.2015 13:30
Moskvada terror aktının qarşısı alınıb
Rusiya paytaxında terror aktının qarşısı alınıb. APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.
10.10.2015 20:01
Ankarada güclü partlayış: 30 ölü, 126 yaralı
İlkin ehtimala görə, hadisəni bədəninə partlayıcı bağlamış terrorçu törədib

Bu gün Ankarada baş verən dəhşətli partlayışda ölənlərin sayı 30-a çatıb. Lent.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yaydığı rəsmi məlumatda daha 126 nəfərin yaralandığını bildirib.
10.10.2015 18:38
Obama Rusiyaya qarşı sərt danışdı
Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə zəiflədiyini göstərir.
10.10.2015 15:48
Qvatemalada sürüşməsi qurbanlarının sayı 253-ə çatdı
Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.
10.10.2015 04:31
Pentaqon Suriyaya atılan bəzi raketlərin hədəfə çatmadığını təsdiqlədi
ABŞ müdafiə naziri Eşton Karter RusiyanınSuriyaya atdığı qanadlı raketlərdən bəzilərinin hədəfə çatmadığını təsdiqləyib.
10.10.2015 03:30
Həcc ziyarətində həlak olanların cəsədləri İrana gətirilir

İranın Həcc və Ziyarətlər Təşkilatının sədri Səid Əhədi deyib ki, həcc ziyarəti zamanı baş verən Mina faciəsində itkin düşən iranlı zəvvarlardan 87-nin cəsədini tanımaq mümkün olub. Tanınan cəsədlər artıq Tehrana yola salınıb. Qalanlarının şəxsiyyətləri isə cəsədlərin identifikasiyasından sonra məlum olacaq.
10.10.2015 03:00
Çexiya hökuməti qaçqınlara münasibətdə çatışmazlığı aradan qaldırır

Çexiya hökumətinin İnsan Hüquqları Şurası dünən yeni tədbirlər layihəsini qəbul edib. Layihə sığınacaq barədə xahişlərinə baxılmasını gözləyən əcnəbilərlə ən yaxşı münasibəti təmin etməlidir. Məsələn, Uşaq Hüquqları Komitəsi tələb edir ki, uşaqlı ailələr qaçqın düşərgələrində yerləşdirilməsin.
10.10.2015 00:30
Almaniyanın 3384 ton qızıl ehtiyatı var
Federal bank Almaniyanın qızıl ehtiyatı haqda ilk dəfə təfərrüatlı məlumat yayıb.

AZƏRTAC “Focus-online” portalına istinadla xəbər verir ki, Almaniya qızıl ehtiyatının həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Federal bankın fondunda 3384 ton qızıl ehtiyatı var. 2014-ci ilin sonunda qızıl külçələrin dəyəri 107 milyard avro təşkil edib ki, bu da ümumi valyuta ehtiyatının üçdə ikisi deməkdir.
09.10.2015 22:15
Naziri qarşılanma mərasiminə itələyərək gətirdilər - KURYOZ HADİSƏ-VIDEO
Yaponiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılanmasında kuryoz hadisə baş verib.

APA TV-nin Türkiyə mətbuatına məlumatına görə, yaponiyalı nazir rəsmi mərasimə gecikib.
Ərdoğan və Yaponiyanın baş naziri Şinzo Abe mərasimə daxil olarkən protokola cavabdeh şəxs nazirin gecikdiyini görərək onu axtarmağa başlayıb. Gecikən naziri tapan həmin şəxs onu itələyərək gətirib, amma bu da son olmayıb. Nazir öz yerini alana kimi bir neçə yer dəyişib. Türkiyə prezidenti isə baş verənləri sadəcə seyr edib.
09.10.2015 21:15
İŞİD İran generalını öldürdü- VIDEO
Suriyada İran generalı öldürülüb.

APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, general Hüseyn Həmədani Hələb yaxınlığında İŞİD-lə döyüş zamanı qətlə yetirilib.
09.10.2015 21:07
Hələbdə bazar partladıldı: 30 ÖLÜ -VİDEO
Suriyanın Hələb şəhərindəki bazarların birində baş verən partlayış nəticəsində 30 nəfər hadisə yerində həyatını itirib.

APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, uzaqdan idarəolunan bomba yüklənmiş avtomobil bazarda park edilibmiş.
09.10.2015 21:00
Türkiyədə -Patriot-lar yerləşdirəcəyik, Rusiya itki verəcək -VİDEO
Pentaqon rəhbəri Eşton Karter bəyan edib ki, Rusiya bu yaxınlarda Suriyada ciddi itkilər verəcək.

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Karter rus hərbçilərini qeyri-peşəkarlıqda ittiham edib.
09.10.2015 20:52
Fransa qırıcıları İŞİD-i bombaladı
Fransa Hərbi Hava Qüvvələri İŞİD-in Suriyadakı təlim düşərgəsini bombalayıb.

APA-nın xəbərinə görə, bu barədə Fransanın müdafiə naziri Jan-İv Le Drian “Europe 1” radiostansiyasının birbaşa efirində bildirib.
09.10.2015 20:22
Türkiyə Ermənistana hərbçi göndərir
Türkiyə beynəlxalq razılaşmaya əsasən Ermənistana hərbi heyət göndərəcək.

APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında deyilir.

Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində göndəriləcək.
09.10.2015 17:22
Türkiyədə ermənilərin iç üzünü əks etdirən kitab nəşr edilib
Türkiyədə 1915-ci il hadisələrinə həsr olunmuş və ermənilərin iç üzünü əks etdirən, “Yüzüncü ilində erməni məsələsi – İddialar, Yalanlar, Gerçəklər” adlı yeni kitab nəşr edilib.
09.10.2015 17:15
PKK seçki öncəsi terroru dayandıracağını açıqladı
PKK 11 oktyabrda terroru dayandırmağa hazırlaşır.
09.10.2015 17:08
Türkiyənin dövlət agentliyinin müxbiri Suriyada öldürüldü
Türkiyənin "Anadolu" agentliyinin Suriyanın Hələb şəhərindəki müxbiri Salih Mahmud Leyla həlak olub.
09.10.2015 16:55
Aya ilk özəl missiya 2017-ci ildə göndəriləcək
İsrailin “SpaceIL” korporasiyası ABŞ-ın "Spaceflight Industries” şirkəti ilə Aya kosmik aparatın “SpaceX Falcon 9” raketdaşıyıcısı vasitəsilə çıxarılmasına dair saziş imzalayıb.
09.10.2015 16:32
Şefçoviç: “Azərbaycan qazı 2020-ci ilədək Aİ-yə nəql edilməlidir“
Avropa İttifaqına 2030-cu ildə 380-450 mlrd kubmetr qaz tələb oluna bilər. Bu göstərici Aİ-nin hazırkı tələbat həcminə bərabərdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə. Bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Parisdə keçirilmiş konfransda bildirib.
09.10.2015 16:25
Karter: “ABŞ və NATO Türkiyənin təhlükəsizliyini təmin edəcəklər”
ABŞ və Türkiyə müdafiə nazirləri Eşton Karter və Vecdi Könül ötən gün Brüsseldə Suriyadakı vəziyyəti və İŞİD terror qruplaşması ilə mübarizəyə dair məsələləri müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.
09.10.2015 16:10
ABŞ-da qaz borusunda partlayış: 3 ÖLÜ
ABŞ-ın Luiziana ştatındakı Qibson şəhərində qaz borusunda baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayış yerli elektrik stansiyasına qaz nəql edən boruların birində baş verib.
09.10.2015 15:55
Rusiyada 7 uşaq diri-diri yanaraq öldü
Rusiyanın Krasnodar diyarının Abinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq ölüb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Cənub Regional Mərkəzindən bildirilib.
09.10.2015 15:48
Ağ Ev Rusiyanı Suriyadakı addımlarına görə hədələdi
Rusiya İŞİD -ə qarşı mübarizəyə konstruktiv tövhə verməsə belə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya terror qruplaşmasına qarşı addımlarını davam etdirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
09.10.2015 15:40
Çeçenistanda 3 İŞİD silahlısı məhv edildi
Çeçenistan rəhbəri Ramzan Kadırov İŞİD düşərgələrində təlim keçmiş və respublika ərazisində terror aktları törətməyi planlaşdıran 3 silahlının məhv edildiyini bildirib.
09.10.2015 15:32
ABŞ-dan Rusiyaya Xəzərdən İŞİD-ə atılan raketlərə dair ittiham
“Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə endirilən raket zərbələri barədə xəbərdarlıq etməyib, raketlər ABŞ-ın pilotsuz təyyarəsindən bir neçə mil aralıdan keçib”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter deyib.
09.10.2015 15:25
NATO-dan Rusiyaya növbəti çağırış
NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan-NATO komissiyasının iclası başlamazdan əvvəl yenidən Rusiyanı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasını ləğv etməyə çağırıb .
09.10.2015 15:18
Tehran Rusiya raketlərinin İrana düşməsini təsdiqləmədi
Rəsmi Tehran Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərinin İrana düşməsi barədə xəbərlərə dair hər-hansı məlumata malik olmadığını bildirib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
09.10.2015 15:10
CNN: Xəzərdən buraxılan Rusiya raketlərinin dördü İrana düşüb
ABŞ-ın CNN telekanalı Xəzər dənizi akvatoriyasından atılan Rusiya raketlərinin bir neçəsinin hədəfə çatmadığını bildirib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi cavabında bildirib ki, raketlərin hamısı Suriyadakı hədəfləri vurub.
09.10.2015 14:00
Şəhəri minaatanlardan atəşə tutdular: 27 ölü
İraqın Baakübə şəhərinin minaatanlardan atəşə tutulması nəticəsində 27 nəfər ölüb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb. Çoxlu sayda yaralıların olduğu bildirilir.
09.10.2015 13:30
Rusiya İŞİD-in 8 dayaq məntəqəsini məhv etdi
Rusiyanın döyüş aviasiyası Suriyanın Homs əyalətində İŞİD terror qruplaşmasının 8 dayaq məntəqəsinə zərbələr endirib. Nəticədə terrorçuların müdafiə istehkamları tamamilə dağıdılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
09.10.2015 04:30
Slovakların 62 faizi qaçqınların qəbul edilməsnini əleyhinədir

Slovakların 62 faizi, çexlərin yarısı, polyakların isə 38 faizi silahlı münaqişə zonalarından qaçqınların qəbul edilməsinin əleyhinədir. Onların əksəriyyətinin fikrincə, miqrantların vətənlərinə qayıtmaq imkanı əldə edənədək müvafiq ölkələrdə qalmaları qəbul olunandır. Təxminən üçdə biri isə hesab edir ki, qaçqınlara onların ölkələrində daimi yaşayış yeri üçün icazə vermək lazım gələcək.
08.10.2015 22:52
Ukrayna qış paketi qaz müqaviləsi imzalanmadan da Rusiyadan təbii qaz ala bilər
Ukrayna qış paketi qaz müqaviləsi imzalanmadan da Rusiyadan təbii qaz ala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Vladimir Demçuşin məlumat verib.
08.10.2015 22:45
Angela Merkel: Türkiyə miqrasiya böhranının tənzimlənməsində mühüm rol oynayır

AFR kansleri Angela Merkelin fikrincə, miqrasiya böhranının səbəblərini aradan qaldırmaq üçün Avropa İttifaqı öz xarici siyasətini dəyişməlidir.
08.10.2015 22:30
İsveç bu il 100 minədək qaçqın qəbul edəcək

Avropada əhalisinin sayına görə ən çox qaçqın qəbul edən ölkələrdən olan İsveçə bu il suriyalı, əfqan və iraqlılar olmaqla 100 minə yaxın sığınacaq axtaran şəxsin gəlməsi gözlənilir.
08.10.2015 21:30
Makedoniya Prezidenti IV Qlobal Bakı Forumunda iştirak edəcək

Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.
08.10.2015 21:15
Xarici dövlətlərin prezident övladları - Onlar nə ilə məşğul olurlar?

ABŞ Prezidenti Barak Obamanın iki qızı var: Malia Enn və Nataşa. Böyük qızı M.Ennin 17, kiçik qızı Nataşanın isə 14 yaşı var. Hər ikisi Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar.
08.10.2015 21:08
Nobeli Belarus yazıçı aldı
Bu gün 2015-ci il Nobel Ədəbiyyat mükafatının sahibinin adı açıqlanıb. Kulisin məlumatına görə Nobel Ədəbiyyat Mükafatının sahibi belarus yazıçı Svetlana Aleksieviçdir.
08.10.2015 20:30
ABŞ elmi tədqiqat və kommersiya məqsədilə xüsusi şəhər tikəcək
ABŞ-ın Nyu-Meksiko ştatının ərazisində, səhralıqda daimi sakinlərin və məskunlaşmanın olmayacağı xüsusi şəhər inşa olunacaq.
Məlumatların sayı: 15072


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370 - 371 - 372 - 373 - 374 - 375 - 376 - 377