Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5961

Digər sorğular
"Dünya" rubrikasının yazıları
23.11.2015 19:57
Rusiyada İŞİD-lə döyüş oldu: 14 ölü-VİDEO
Rusiya hüquq-mühafizə orqanlarının Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 14 nəfər öldürülüb.

APA TV-nin rus mətbuatına istinadən xəbərinə görə, öldürülənlər İŞİD terror təşkilatının üzvləridir.
23.11.2015 19:09
Medvedevdən ABŞ-a sərt ittiham: “İŞİD-i siz gücləndirdiniz“ - VİDEO
Rusiyanın baş naziri Dmitri Medvedev İŞİD qruplaşmasının güclənməsində Birləşmiş Ştatları ittiham edib.

APA TV-nin rus saytlarına məlumatına görə, o qeyd edib ki, Vaşinqtonun İŞİD-ə qarşı apardığı laqeyd siyasət yekunda terror təşkilatının güclənməsi ilə nəticələnib.
23.11.2015 18:38
İran və Serbiya ticari əlaqələri genişləndirir
Serbiya parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti Tehranda səfərdədir. Trend-in məlumatına görə, bu barədə İran parlamentinin saytı məlumat verib.
23.11.2015 18:22
Puşkov: “İŞİD Avropa Birliyini parçalayır”
İŞİD-lə savaş Avropa Birliyinin qorunub saxlanılması üçün mübarizədir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov öz Tvitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, İŞİD ləğv edilməsə, Avropa əvvəlki həyat tərzinə qayıtmayacaq:
23.11.2015 17:09
Putinə pis xəbər
Rusiyaya qarşı tədbiq edilən sanksiyaların müddəti daha altı ay müddətinə uzadılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə "Reuters" yüksəkçinli məmura istinadla xəbər yayıb.
23.11.2015 14:15
Türkiyənin müxalifət liderinə silahlı SUİ-QƏSD
Türkiyə parlamentinin üçüncü böyük partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa silahlı sui-qəsd edilib.
23.11.2015 12:00
Parlament sədr seçdi-Türkiyədə
Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib.

APA-nın xəbərinə görə, AKP-nin İstanbul millət vəkili İsmayıl Kahraman TBMM-nin sədri seçilib.
21.11.2015 21:00
Xəzərdən İŞİD mövqelərinə 18 raket atıldı
Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib

Rusiya Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
21.11.2015 20:36
Parisdə xəsarət almış 90 nəfər hələ də reanimasiyadadır
Fransanın paytaxtı Parisdə terror aktları nəticəsində yaralananlardan 90 nəfər hələ də reanimasiyadadır.

APA-nın məlumatına görə, bu barədə BBC-yə Parisdəki tibb mənbələri bildiriblər.
21.11.2015 18:05
İrəvanda növbəti mitinq keçirildi
Ermənistanın paytaxtı İrəvanda konstitusiya islahatlarının əleyhinə növbəti yürüş keçirilib.

APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, yürüşdən əvvəl Azadlıq meydanında mitinq olub.
21.11.2015 16:29
BMT İŞİD-ə qarşı qətnamə qəbul etdi
BMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD-lə və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.
21.11.2015 16:00
Türkiyədən Rusiyaya SƏRT XƏBƏRDARLIQ
"Türkmən kəndlərini bombalamağa son qoyun!"

Rusiyanın Ankaradakı səfiri Andrey KarlovSuriyadakı türkmən kəndlərinin Rusiya hərbi təyyarələri tərəfindən bombalanması ilə əlaqədar bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
21.11.2015 14:18
Çoxmərtəbəli binada yanğın oldu: 5 ÖLÜ
Rusiyanın Sankt-Peterburq şəhərində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, binanın 15-ci mərtəbəsində iki mənzil yanıb. Yanğın 75 kv.m sahəni əhatə edib.
20.11.2015 22:05
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
Noyabrın 20-də Yaponiyanın cənub-qərbində 6 bal gücündə zəlzələ baş verib.

Milli Meteorologiya Agentliyinin yaydığı məlumata görə, yeraltı təkanların episentri Oqasavara adaları ərazisində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
20.11.2015 21:55
Malidə girov saxlanılan “Türk Hava Yolları“nın 5 əməkdaşı azad edilib
Malinin paytaxtındakı "Radisson" hotelində girov saxlanılan "Türk Hava Yolları" aviaşirkətinın 6 əməkdaşından 5-i azad edilib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
20.11.2015 21:48
Azərbaycandan gedən erməni ailəsinin üzünə həsrət qaldı
Ermənilərin nəzarətində olan işğal altındakı ərazilərdən Azərbaycan tərəfə keçən erməni hərbi əsir Andranik Qriqoryana hələ də öz yaxınlarına görüşmək imkanı verilməyib. ANS PRESS-in məlumatına görə, bu barədə ermənilərə məxsus "Joxovurd" qəzeti yazıb.

Ona hələ də ailəsi ilə görüşmək imkanı verilməyib. Qriqoryanın yeznəsi Armen Arutyunyanın sözlərinə görə, o əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə sorğu sual üçün polisə aparılıb. "Biz daima onun nə zaman görməyin mümkün olacağı, nə zaman evə buraxılacağı ilə maraqlanırıq. Deyiblər ki, 8 ay ərzində onunla Azərbaycanda nə baş verdiyini anlayandan və sorğu sual bitəndən sonra gətiəcəklər. Hələ ailəmizdən heç kim onu görməyib".

Ermənilərin nəzarətində olan işğal altındakı ərazilərdən Azərbaycan tərəfə keçən erməni hərbi əsir Andranik Qriqoryan noyabrın 18-də geri qaytarılıb. Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
20.11.2015 21:08
Avropadan Ermənistana sanksiya təklifi
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın nümayəndə heyətinin səs hüquqları əllərindən alına bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti məlumat yayıb.

"Aykakan jamanak" qəzeti yazır ki, Assambleya nümayəndəsi Robert Valterin məruzəsinin 17-ci bəndində AŞPA –da erməni nümayəndə heyəti barəsində sanksiyalar nəzərdə tutulur.

AŞPA –nın qış sessiyasında (yanvarda) iki anti-Ermənistan qətnamələri müzakirə olunacaq. Assambleyanın oktyabrın 5-də keçirilən iclasında Ermənistan ordusunun Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırılıb.

Qəzetin məlumatına görə, AŞPA-nın sosial məsələlər üzrə komissiyası 23 noyabrda keçiriləcək iclasında həmçinin "Azərbaycanın sərhəd rayonlarında məqsədli şəkildə sudan məhrum edilmə" barədə məruzə müzakirə ediləcək.
20.11.2015 21:00
Avropanın ilk qadın kamikadzesi özünü belə partlatdı - REAL GÖRÜNTÜ
Avropanın ilk qadın kamikadzesinin özünü partlatma anı kameralara düşüb.

APA TV-nin xəbərinə görə, canlı bomba Hasna Ait Boulahcen Parisi qana bulayan terror hadisələrindən sonra həyata keçirilən anti-terror əməliyyatlarında özünü partladıb.
20.11.2015 20:33
Rusiyada ölüm cəzasının bərpası təklif olunub
Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov ölüm cəzasının bərpası təklifi ilə çıxış edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Mironov qeyd edib ki, bu cəza növü terrorçulara və onların yardımçılarına tətbiq edilməlidir.
20.11.2015 20:00
O, miqrantları “quduz it“ adlandırdı
ABŞ prezidentliyinə namizəd Suriya qaçqınlarını "quduz itlərlə" müqayisə edib.

ANS PRESS-in məlumatına görə, namizəd Ben Karson il ərzində prezident Barak Obamanın Suriya qaçqınlarını dəstəkləməsinə qarşı çıxaraq, onları "quduz itlər" adlandırıb.

Respublika partiyasından olan Karson Suriyada zorakılıqdan xilas olan miqrantların ABŞ ərazisinə girişinin amerikalılar üçün təhlükəli olduğunu bildirib.

Ben Karson bu barədə Albama ştatının Mobil şəhərində seçkiqabağı kampaniyanın keçirildiyi vaxt danışıb.
20.11.2015 18:52
Rusiya ilə İran ortaq bank yaradır
Rusiya ilə İran hökumətləri müştərək bank yaratmağa hazırlaşırlar. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya - İran hökumətlərarası komitəsinin həmsədr müavini Mehdi Möhtəşəmi verdiyi açıqlamada bildirib. Möhtəşəmi rəsmi Moskvanın irəli sürdüyü “müştərək bank” təklifini qəbul etdiklərini deyib.
20.11.2015 18:45
Naməlum şəxs aeroportu ayağa qaldırdı
ABŞ polisi Los-Anceles beynəlxalq aeroportunda təyyarəyə pilot formasında girməyə çalışan naməlum şəxsi axtarır.

ANS PRESS-in məlumatına görə, “JetBlue” aviaşirkətinin təyyarəsi noyabrın 18-də səhər Nyu-Yorka uçmalı idi. Lakin polisə təxribatla bağlı məlumat daxil olduğundan reys saxlanılıb.
20.11.2015 18:38
Rusiya azərbaycanlıları geri göndərir
Rusiyanın geri göndərdiyi miqrantlar arasında azərbaycanlılar da var.

ANS PRESS-in məlumatına görə, axır vaxtlar Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən bir çox ölkənin vətəndaşları vətənlərinə geri qaytarılır.

Belə ki, onların əksəriyyəti Özbəkistandan (322 nəfər) və Tacikistandır (105 nəfər). Bu iki ölkədən başqa, siyahıda Azərbaycan, Ermənistan, Vyetnam, Türkiyə, Moldova, Qazaxıstanın da adı var.
20.11.2015 18:30
Ukrayna Müdafiə Nazirliyi: İŞİD-ə silah satmamışıq
Ukrayna İŞİD-ə Çin istehsalı olan daşınan zenit-raket komplekslərini satmayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edib.
20.11.2015 18:22
Osmanlı şahzadəsi ABŞ-da öldü -VİDEO
Osmanlı şahzadəsi ABŞ-da dünyasını dəyişib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, 35-ci Osmanlı padşahı Sultan Mehmed Reşatın nəvəsi Cengiz Nazım Osmanoğlu idman edərkən infarktdan ölüb.
20.11.2015 18:08
Erməni deputat erməniləri üsyana səslədi
"Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur".

Bunu ölkə parlamentindəki "İrs" fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.
20.11.2015 17:08
Olland Putin və Obama ilə İŞİD-lə birgə mübarizəni müzakirə edəcək
Fransa prezidenti Fransua Olland Rusiya və ABŞ-a gələn həftə nəzərdə tutulan səfəri zamanı terrorizmlə mübarizədə səylərin birləşdirilməsini müzakirə edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Moskvadakı səfiri Jan-Moris Riper “Kommersant” nəşrində dərc etdiyi məqalədə qeyd edib.
20.11.2015 16:38
II Avropa Oyunları, böyük ehtimalla, Rusiyada keçiriləcək
Rusiyaya böyük ehtimalla ikinci Avropa Oyunlarının keçirmək təklif olunacaq. APA-nın məlumatına görə, bu barədə “TASS”-a Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski bildirib.
20.11.2015 16:30
Rusiya aviasiyası bir gündə terrorçuların 206 obyektini məhv etdi
Rusiya aviasiyası noyabrın 18-də Suriyada 126 uçuş həyata keçirərək terrorçuların 206 obyektini məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya SQ Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib.
20.11.2015 16:07
Poroşenko: “Rusiya Suriyaya sülh yox, müharibə aparır....”
Rusiya hakimiyyəti ölkə xaricində öz hərəkətləri ilə dünyada vəziyyəti gərginləşdirir. Musavat.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyot Poroşenko bildirib.
20.11.2015 16:00
Sarkisyan Qarabağa gəlib
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 19-da Ermənistan ordusunun şimal-şərq istiqamətindəki mövqelərinə baş çəkib və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.
20.11.2015 15:37
Pxenyandan gözlənilməz qərar
Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” məlumat yayıb.
20.11.2015 15:16
Türkiyədə 9 terrorçu təslim oldu
Türkiyənin Şırnak vilayətində PKK qrupunun 8 üzvü yerli hüquq mühafizə orqanlarına təslim olub.
20.11.2015 15:08
Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqladı
ABŞ-ın “IBM Watson” superkompüteri bazasında işləyən süni intellekt sistemi sosial şəbəkələrdə qarşıdan gələn Yeni il üçün daha çox sadalanan hədiyyələrin təhlilini aparıb.
20.11.2015 14:38
ABŞ-da müsəlmanlara xüsusi vəsiqələr verilə bilər
ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib.

APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp “Yahoo News”a müsahibəsində bildirib.
20.11.2015 14:30
Ərdoğan yunan baş nazirə qalstuk bağışladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yunanıstanın baş naziri Aleksis Siprasa qalstuk hədiyyə edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Yunanıstanın baş naziri ötən gün Ankarada Türkiyə prezidenti və baş nazir Əhməd Davudoğlu ilə bir sıra görüşlər keçirib. Görüş zamanı Ərdoğan yunan baş nazirə qalstuk bağışlayıb.
20.11.2015 14:15
BMT Rusiyanın qətnaməsini qəbul etdi
BMT Baş Assambleyasının Üçüncü Komitəsi neonasizmin, milliyyətçilik, irqçilik və ksenofibiyanın qəhrəmanlaşdırılması ilə mübarizə haqqında Rusiyanın təqdim etdiyi qətnaməni qəbul edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd 126 ölkə tərəfindən dəstəklənib. Kanada, Palau, ABŞ və Ukrayna qətnamənin qəbul olunmasının əleyhinə səs verib. Aİ-yə üzv dövlətlər daxil olmaqla 53 ölkə bitərəf olub.
20.11.2015 14:08
Küveytdə saxlanılanlar İŞİD üçün silahı Ukraynadan alırmış
Küveytdə saxlanılan İŞİD terror qruplaşmasını maliyyələşdirməkdə və silahlandırmaqda şübhəli bilinən şəxslər terrorçular üçün silahı Ukraynada əldə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
20.11.2015 13:30
Özbəkistanda yüzlərlə islamçı tutuldu
Özbəkistanın müxtəlif regionlarında ekstremist dini qruplaşmalara bağlılıqda şübhəli bilinən şəxslərin kütləvi şəkildə həbs edilməsinə başlanılıb.

Virtualaz.org saytı “Azadlıq” radiosunun özbək xidmətinə (“Radio Ozodlik”) istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Müstəqil Hüquq Müdafiəçiləri Təşəbbüs Qrupunun rəhbəri Surat İkramov məlumat yayıb.
20.11.2015 03:35
Hicablı qadını qatarın altına atdı - LONDONDA-VİDEO
London metrosunda yaşlı kişi hicabda olan qadını qatarın altına itələyib.

APA TV-nin Carbonated.tv-yə istinadən xəbərinə görə, hadisə müşahidə kameralarının yaddaşına düşüb.
Məlumatların sayı: 15091


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370 - 371 - 372 - 373 - 374 - 375 - 376 - 377 - 378