Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5838

Digər sorğular
"Dünya" rubrikasının yazıları
27.11.2015 12:22
Türkiyə Suriyadakı hərbi uçuşlarını dayandırdı
Türkiyə Suriya üzərindən hərbi uçuşları dayandırıb. Lent.az-ın Lenta.ru-ya istinadən məlumatına görə, bu addım Moskva ilə razılaşdırılsa da, qərar Rusiya bombardman təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra qəbul edilib.
27.11.2015 11:45
Ərdoğan: Türkiyə və Rusiya əməkdaşlığı davam etdirməlidir
Türkiyə Rusiya ilə münasibətlərinin korlanmasında maraqlı deyil. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində bildirib.
26.11.2015 23:24
XİN: Türkiyə və Rusiya böhranın öhdəsindən gələ biləcəklər
Türkiyə və Rusiya münasibətlərdə yaranmış böhranın öhdəsindən gələ biləcəklər. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
26.11.2015 21:35
Ərdoğan: Purinə zəng etdim, cavab vermədi
“Su-24 təyyarəsi vurulandan sonra mən Ruaiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışdım, lakin o cavab vermədi”.
26.11.2015 20:33
ABŞ generalı: “Sərhədsiz həkimlər”in Əfqanıstandakı hospitalı səhvən bombalanıb
ABŞ-da aparılan təhqiqat nəticəsində oktyabr ayında “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstandakı hospitalının bombardman edilməsi faciəvi səhv kimi qiymətləndirilib.
26.11.2015 17:45
İranda 30 min qadın polis işə götürülüb
Ərbəin mərasimi münasibətilə İrandan İraqa gedən zəvvarların sayının artmasını nəzərə alaraq, sərhəd-buraxılış məntəqələrində nəzarət və yoxlanış aparmaq üçün 30 min fəxri qadın polis işə cəlb olunub. Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın İlam əyalətinin Sərhəd Qoşunlarının komandiri general Lütfəli Pakbaz deyib.
26.11.2015 17:30
Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar
Suriya problemini hərbi deyil, yalnız siyasi danışıqlar yolu ilə həll etmək olar. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri və İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.
26.11.2015 17:08
Ərdoğan Putinin ittihamlarına sərt cavab verib
“Eyni pozuntu bu gün baş versə, Türkiyə yenə eyni cür hərəkət edəcək”
Bakı – APA. “Deyirlər ki, Türkiyə İŞİD-dən neft alırmış. Yazıqlar olsun! Türkiyənin hazırda nefti də, qazı da aldığı yerlər bəllidir. Bu sahədə ən böyük idxalatı Rusiyadan həyata keçiririk. Sonra İrandan, Azərbaycandan, Şimali İraqdan, eləcə də Əlcəzair və Qatardan alırıq”.
26.11.2015 17:00
Putin: “Türkiyədən üzrxahlıq gözləyirik”
“Türkiyə şüurlu şəkildə Rusiya ilə münasibətləri çıxılmaz vəziyyətə salır. Buna görə təəssüf edirik”.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
26.11.2015 16:38
Rusiya bu ölkələrin də hava sərhəddini pozub
Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcısı ilə Suriya sərhəddində vurulmasından sonra Rusiyanın daha əvvəl də analoji hadisələr törətməsi gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, NATO Avropa Müttəfiq Qüvvətlərinin Ali Komandalığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin bir çoxunun hava sərhəddini ən azı 150 dəfə pozduğunu bildirib.
26.11.2015 16:30
Rusiyada matəm elan olundu
Bu gün Rusiyanın Krasnoyarsk əyalətində bir günlük matəm elan olunub.

ANS PRESS-in məlumatına görə, bu barədə əyalətin valisi Viktor Tolokonskiy elan verib. Buna səbəb səhər radələrində Krasnoyarsk əyalətinin Turuxanski rayonunda Mİ-8 helikopterinin qəzaya uğramasıdır. Helikopter Yenisey çayının donmuş səthinə düşüb.
26.11.2015 16:22
“Ən-Nusra Cəbhəsi“ 42 Suriya hərbçisini edam etdi -VİDEO
"Al-Qaida" terror təşkilatının Suriya qolu olan "ən-Nusra Cəbhəsi" 42 Suriya hərbçisini edam edib.

APA TV-nin xəbərinə görə, yayılan görüntülər edamın professionallığı və təbliğat gücü baxımından İŞİD terror təşkilatının edamlarından geri qalmadığını göstərir.
26.11.2015 16:15
Rusiya Türkiyə məhsullarını yüksək risk qrupuna daxil etdi
Rusiyanın istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarəsi ("Rospotrebnadzor") Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin keyfiyyətindən narazıdır.
26.11.2015 16:08
“Türkiyənin addımları ciddi nəticələr verəcək“ - Rusiya XİN
“Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
26.11.2015 15:38
Hakerlər İŞİD terrorçularına aid valyuta hesabları aşkarlayıblar
“Ghost Security Group”un haker-aktivistləri pul köçürmələri üçün “bitcoin” virtual valyutasından istifadə edən İŞİD terrorçularına aid məlumatları aşkarlayıb.

İKT.lent.az-ın “Fox News”a istinadən verdiyi məlumata görə, hakerlər bir neçə hesabı aşkara çıxarmağa müvəffəq olublar. Həmin hesablardan birində 3 milyon dollar olduğu bildirilir. “Kronos Advisory” şirkətinin rəhbərlərindən olan Mayk Smit haker-fəalların onunla əlaqə yaradaraq bu informasiyaları çatdırdıqlarını bildirib. Hakerlər terrorçuluqla mübarizəyə öz töhfələrini vermək istədiklərini söyləyiblər.
26.11.2015 13:53
Osman Әl Tüveycri yenidәn İSESCO-nun baş direktoru seçildi
Әbdülәziz Osman Әl Tüveycri yenidәn İSESCO-nun baş direktoru seçilib.

APA-nın mәlumatına görә, bunu Azәrbaycanın mәdәniyyәt vә turizm naziri Әbülfәs Qarayev Baş Konfransın Bakıda keçirilәn 12-ci iclasında bәyan edib. O, bütün üzv ölkәlәrin bu tәyinatı dәstәklәdiyini bildirib.
26.11.2015 13:38
Rusiyada “erməni soyqırımı“nı inkar edənlər cəzalandırıla bilər - QANUN LAYİHƏSİ -VİDEO
Rusiya Dövlət Dumasına qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi təqdim edilib.

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov özünün "Twitter" səhifəsində yazıb.
26.11.2015 13:30
İrəvanda Qarabağda döyüşən erməni cinayətkar dəstəsi tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Ermənistanın Mİlli Təhlükəsizlik Xidməti ağır cinayətlərdə şübhəli bilinən qrupu zərərsizləşdirib.

APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, 1997-ci ildən İspaniyada yaşayan, hazırda İrəvanda müvəqqəti məskunlaşan Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Valerikoviç Vardanyan ağır cinayətlər törətmək məqsədilə dəstə düzəldib.
26.11.2015 13:00
KİV: Ərdoğanla Putin Parisdə görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin Fransa paytaxtı Parisdə görüşməsi planlaşdırılır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş iqlim dəyişikliyinə dair Paris sammiti çərçivəsində keçiriləcək.
26.11.2015 12:45
General Bridlav: “NATO gərginliyi azaltmağa çalışır”
NATO Rusiyaya məxsus hərbi təyyarənin vurulması ilə bağlı yaranmış gərginliyi azaltmağa çalışır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlav bildirib.
26.11.2015 10:52
Rusiyadan Türkiyəyə ŞOK TƏLƏB: tarixi kilsəni bizə verin!
Rusiya dövlət dumasının üzvü Sergey Gavrilov şok təkliflə çıxış edib.
26.11.2015 10:38
Türkiyənin yeni hökumət proqramında Dağlıq Qarabağ PROBLEMİ
Əhməd Davudoğlu: "Yeni hökumətimiz Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün səylərini davam etdirəcək".

“Yeni hökumətimiz Dağlıq Qarabağ başda olmaqla Azərbaycan torpaqlarının işğalının dayandırılması və Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərməyə davam edəcək”.
26.11.2015 10:22
Türkiyənin xarici işlər naziri Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu axşam Azərbaycana gəlir

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.
26.11.2015 09:00
ABŞ Ukraynaya 300 milyon dollar ayırır
ABŞ prezidenti Barak Obama 2016-cı il üçün Konqres tərəfindən qəbul olunan müdafiə büdcəsini imzalayıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.
25.11.2015 23:03
25 milyonluq rus qırıcısı 100 minlik raketlə vurulub
Türkiyə F-16-ları ötən gün Rusiya qırıcısını vurmaq üçün “ölümcül raket” adı verilən AIM-9X Sidevinderdən istifadə edib.

Axar.az xəbər verir ki, ABŞ istehsalı Sidevinder raketləri Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına 1960-cı illərdə qəbul olunub.
25.11.2015 22:34
Türkiyə sərhədə əlavə tanklar göndərdi
Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb.
25.11.2015 19:35
Gürcüstanın sərhəd-keçid məntəqələrində viza rejimi sərtləşdirilib
Gürcüstan hökuməti bütün sərhəd-keçid məntəqələrində viza rejimini sərtləşdirib. Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) bəyan edib ki, məqsəd terrorçuların ölkəyə gəlməsinin və terror aktlarının qarşısını almaqdır. Hazırda bütün sərhəd-keçid məntəqələrində, DİN-in post-patrul xidmətinin və digər əlaqədar təşkilatların əməkdaşları ölkəyə gələn vətəndaşların kimliyini, Gürcüstana hansı məqsədlərlə gəlməsinin səbəblərini öyrənirlər.
25.11.2015 19:00
Yaponiya tərəflərin soyuqqanlı olacağına ümid edir
Yaponiya ümid edir ki, Rusiyanın Türkiyə hərbi-hava qüvvələri tərəfindən vurulmuş Su-24 təyyarəsi ilə bağlı hadisədə tərəflər soyuqqanlılıq nümayiş etdirəcəklər. Belə bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa noyabrın 25-də ənənəvi mətbuat konfransında çıxış edib.
25.11.2015 18:16
Pan Gi Mun: İqlim dəyişiklikləri sərhəd tanımır
İqlim dəyişiklikləri sərhəd tanımır. İqlim dəyişiklikləri dünyanın istənilən nöqtəsində insanların həyatı və yaşayış məntəqələri üçün təhlükə mənbəyidir. Bu, bütün ölkələrin iqtisadi sabitliyinə və təhlükəsizliyinə təhlükə törədir.

AZƏRTAC rg.ru saytına istinadla xəbər verir ki, bu sözləri BMT-nin iqlim dəyişmələrinə dair noyabrın 30-da Parisdə keçiriləcək konfransı ərəfəsində qurumun baş katibi Pan Gi Mun məqaləsində yazıb.
25.11.2015 17:45
Türkiyənin Rusiyadakı səfirliyinə hücum edildi
Türkiyənin Rusiyadakı səfirliyinə hücum olub. QAZİLER.AZ-ın Lenta.ru-ya istinadən məlumatına görə, bu barədə hadisə şahidləri məlumat verib. Məlumata görə, səfirliyin binası daş-qalaq edilib, şüşələr sındırılıb, divarlara boya atılıb.
25.11.2015 17:30
Davudoğlu: “Rusiya təyyarəsinin vurulması əmrini mən vermişəm“ -VİDEO
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması əmrini özü verdiyini açıqlayıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, AKP-nin qrup toplantısında çıxış edən Davudoğlu bildirib ki, son günlər Bayırbucaq bölgəsinə hücumlar artdığına görə hər cür tədbirin görüləcəyi vurğulanıb, silahlı qüvvələrə təlimatlar verilib.
25.11.2015 17:16
Terrorla mübarizədə Azərbaycana dəstək
Bu gün Qazaxısatanın Alma-Ata şəhərində MDB-ə üzv ölkələrin Anti-terror Mərkəzi təhlükəsizlik qüvvələrinin və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə V regional məsləhətləşmə iclasını keçirir.

ANS PRESS-in məlumatına görə, iki gün davam edən müzəkirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan iştirak edəcək.

2 gün davam edəcək tədbirdə MDB dövlətlərinin təhlükəsizlik orqanları ekstremizmin sonrakı nəticələrini nəzərdən keçirəcəklər. İştirakçı dövlətlər İŞİD, Əl-Nusra, Taliban və digər terror təşkilatlarının ölkələr üçün təhdidini və milli təhlükəsizliyin təminatı məsələlərini müzəkirə edəcəklər.
25.11.2015 16:22
Türkiyənin vurduğu təyyarənin pilotuna “Rusiya qəhrəmanı“ ordeni verildi
Rusiya prezidenti Vladimir Putin Türkiyənin hava sərhədini keçdiyi üçün vurulan SU-24 bombardman təyyarəsinin pilotlarını mükafatlandırılacaq.
25.11.2015 16:00
Lavrov: “Türkiyə ilə müharibəyə hazırlaşmırırq“
Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: “Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - “Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.
25.11.2015 15:52
Ukrayna hava məkanını Rusiyanın üzünə bağladı
Ukrayna Rusiyanın bütün avia şirkətlərinə hava məkanından tranzit uçuşuna qadağa qoyub. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, bunu ölkənin baş naziri Arseniy Yaçenyuk hökumətin iclasında deyib.
25.11.2015 15:08
Parisdə keçiriləcək BMT sammitində təhlükəsizliyi 120 min polis təmin edəcək
Fransanın paytaxtı Parisdə keçiriləcək BMT iqlim sammitində təhlükəsizliyi təmin etmək üçün 120 min polis işə cəlb olunacaq.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın daxili işlər naziri Bernar Kaznyov verib.
25.11.2015 14:15
Rusiya Suriyaya zenit-raket kompleksi göndərir
Rusiya özünün Suriyadakı hərbi bazasına “S-300” zenit-raket kompleksi göndərəcək.
25.11.2015 13:22
Rusiya Türkiyədən quş əti məhsullarının gətirilməsinə qadağa qoydu
Rusiya Baytarlıq xidməti Türkiyənin müəssisələrindən birindən quş əti məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət müəyyənləşdirib.

QAZİLER.AZ-ın Lenta.ru-a istinadən məlumatına görə, məhdudiyyətə səbəb müəssisənin gətirdiyi quş əti məhsullarında listeriya bakteriyasının aşkar edilməsi olub.
25.11.2015 12:15
Rusiya Türkiyəyə turpaketlərin satışını qadağan etdi -VİDEO
Rusiyanın Federal Turizm Agentliyi (“Rosturizm”) turizm operatorlarına terror təhdidi ilə əlaqədar Türkiyəyə göndərişlərin satışını qadağan edib. APA TV-nin məlumatına görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
25.11.2015 11:23
Bozkır: Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacaq
Rusiyaya məxsus “Su-24” döyüş təyyarəsinin vurulmasına baxmayaraq Ankara Moskva ilə münasibətləri yaxşılaşdırmağa səy göstərəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə yeni naziri Volkan Bozkır bildirib.
Məlumatların sayı: 14797


Digər səhifələr:
1 - 2 - 3 - 4 - 5 - 6 - 7 - 8 - 9 - 10 - 11 - 12 - 13 - 14 - 15 - 16 - 17 - 18 - 19 - 20 - 21 - 22 - 23 - 24 - 25 - 26 - 27 - 28 - 29 - 30 - 31 - 32 - 33 - 34 - 35 - 36 - 37 - 38 - 39 - 40 - 41 - 42 - 43 - 44 - 45 - 46 - 47 - 48 - 49 - 50 - 51 - 52 - 53 - 54 - 55 - 56 - 57 - 58 - 59 - 60 - 61 - 62 - 63 - 64 - 65 - 66 - 67 - 68 - 69 - 70 - 71 - 72 - 73 - 74 - 75 - 76 - 77 - 78 - 79 - 80 - 81 - 82 - 83 - 84 - 85 - 86 - 87 - 88 - 89 - 90 - 91 - 92 - 93 - 94 - 95 - 96 - 97 - 98 - 99 - 100 - 101 - 102 - 103 - 104 - 105 - 106 - 107 - 108 - 109 - 110 - 111 - 112 - 113 - 114 - 115 - 116 - 117 - 118 - 119 - 120 - 121 - 122 - 123 - 124 - 125 - 126 - 127 - 128 - 129 - 130 - 131 - 132 - 133 - 134 - 135 - 136 - 137 - 138 - 139 - 140 - 141 - 142 - 143 - 144 - 145 - 146 - 147 - 148 - 149 - 150 - 151 - 152 - 153 - 154 - 155 - 156 - 157 - 158 - 159 - 160 - 161 - 162 - 163 - 164 - 165 - 166 - 167 - 168 - 169 - 170 - 171 - 172 - 173 - 174 - 175 - 176 - 177 - 178 - 179 - 180 - 181 - 182 - 183 - 184 - 185 - 186 - 187 - 188 - 189 - 190 - 191 - 192 - 193 - 194 - 195 - 196 - 197 - 198 - 199 - 200 - 201 - 202 - 203 - 204 - 205 - 206 - 207 - 208 - 209 - 210 - 211 - 212 - 213 - 214 - 215 - 216 - 217 - 218 - 219 - 220 - 221 - 222 - 223 - 224 - 225 - 226 - 227 - 228 - 229 - 230 - 231 - 232 - 233 - 234 - 235 - 236 - 237 - 238 - 239 - 240 - 241 - 242 - 243 - 244 - 245 - 246 - 247 - 248 - 249 - 250 - 251 - 252 - 253 - 254 - 255 - 256 - 257 - 258 - 259 - 260 - 261 - 262 - 263 - 264 - 265 - 266 - 267 - 268 - 269 - 270 - 271 - 272 - 273 - 274 - 275 - 276 - 277 - 278 - 279 - 280 - 281 - 282 - 283 - 284 - 285 - 286 - 287 - 288 - 289 - 290 - 291 - 292 - 293 - 294 - 295 - 296 - 297 - 298 - 299 - 300 - 301 - 302 - 303 - 304 - 305 - 306 - 307 - 308 - 309 - 310 - 311 - 312 - 313 - 314 - 315 - 316 - 317 - 318 - 319 - 320 - 321 - 322 - 323 - 324 - 325 - 326 - 327 - 328 - 329 - 330 - 331 - 332 - 333 - 334 - 335 - 336 - 337 - 338 - 339 - 340 - 341 - 342 - 343 - 344 - 345 - 346 - 347 - 348 - 349 - 350 - 351 - 352 - 353 - 354 - 355 - 356 - 357 - 358 - 359 - 360 - 361 - 362 - 363 - 364 - 365 - 366 - 367 - 368 - 369 - 370