Çin rekord sürətlə qızıl alır

Çin rekord sürətlə qızıl alır backend

Çin Xalq Bankı 2023-cü ilin aprel ayında qızıl ehtiyatlarını daha 1,87 ton artıraraq, qiymətli metalın qiymətini rekord həddə çatdırmağa kömək edən görünməmiş alış aktivliyini genişləndirib.

Bu barədə Bloomberg NBK məlumatlarına istinadən yazır.

Dünya Qızıl Şurasının məlumatına görə, bu ilin birinci rübündə dünyanın ən böyük mərkəzi bankları, xüsusən də Çin qızılın əsas alıcısı olub və bu dövrdə alınan qiymətli metalın həcminə görə rekorda imza atıb.

Analitiklər həmçinin Çin istehlakçılarının, eləcə də Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən kapitala qənaət etməyə çalışan investorların qızıla tələbatının artdığını qeyd edirlər.

QAZİLER.AZ

Diaspora