Paşinyan Moskvada Qələbə Paradına niyə gəlməyəcəyini İZAH ETDİ

Paşinyan Moskvada Qələbə Paradına niyə gəlməyəcəyini İZAH ETDİ backend

“Hər il Moskvada keçirilən Qələbə Paradında Ermənistanın heç bir lideri iştirak etməyib”.

Qaziler.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan deyib.  O bu il mayın 9-da Rusiyanın paytaxtına niyə gəlməyəcəyini belə izah edib.

Hər il mayın 9-da Moskvada keçirilən tədbirlərdə Ermənistanın hər hansı liderinin iştirak etdiyini xatırlamıram. Və ya digər başqa ölkələrin liderlərini... Sizcə, bu qəribə deyil? - baş nazir bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Paşinyan mayın 8-də Moskvada olacaq və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyev də Qələbə günü ilə bağlı tədbirlərdə olmayacaq. Uşakovun sözlərinə görə, bu, respublikada eyni vaxtda Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədardır.

QAZİLER.AZ

Diaspora