Putin Qərblə danışıqların şərtini açıqlayıb

Putin Qərblə danışıqların şərtini açıqlayıb backend

Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimində bildirib ki, Rusiya bütün ölkələrlə yaxşı münasibətləri gücləndirməklə yanaşı, dialoqa hazırdır və açıqdır.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla məlumat verir.

Bununla belə, Putin vurğulayıb ki, ölkə Qərblə yalnız bərabər şərtlərlə dialoqa gedə bilər.

“Seçim onlarındır – onlar Rusiyanın inkişafını dayandırmağa çalışmaqda davam etmək niyyətindədirlər, işğalçılıq siyasətini, illərdir ölkəmizə davamlı təzyiqləri davam etdirmək, yoxsa əməkdaşlığa və sülhə gedən yol axtarmaq niyyətindədirlər?”, - Putin vurğulayıb.

Prezident əlavə edib ki, Rusiya çoxqütblü dünya nizamının formalaşmasında tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

QAZİLER.AZ

Diaspora