Çin lideri Blinkenə: Pekin rəqabətdən qorxmur

Çin lideri Blinkenə:  Pekin rəqabətdən qorxmur backend

Çin açıq, firavan və inkişaf edən ABŞ-ni görməkdən şaddır və ABŞ-nin da Çinin inkişafına müsbət tərəfdən baxa biləcəyinə ümid edir.

Qaziler.az bildirir ki, bunu Çin prezidenti Si Cinpinq ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə deyib.

“Əgər bu fundamental problem həll olunarsa, o zaman Çin-ABŞ münasibətləri həqiqətən sabitləşəcək, yaxşılaşacaq və irəliyə gedəcək”, - Si Cinpinq deyib.

Si Cinpinq bildirib ki, Çin ABŞ-la əməkdaşlığa hazırdır, lakin bu əməkdaşlıq ikitərəfli olmalıdır. O qeyd edib ki, Çin rəqabətdən qorxmur, lakin bu, birgə tərəqqiyə yönəlməli və sıfır məbləğli oyun olmamalıdır. Onun sözlərinə görə, Çin bloklara qoşulmamağa sadiqdir və ABŞ da öz ətrafında qruplar yaratmamalıdır. Hər iki tərəfin öz dostları və tərəfdaşları ola bilər və bir-birini hədəfə almaqdan, onlara qarşı çıxmaqdan və ya zərər verməkdən çəkinməlidir.

Si Cinpinq həmçinin Çin və ABŞ-ı dünya sülhü üçün məsuliyyət daşımağa və müxtəlif ölkələrin inkişafı üçün imkanlar yaratmağa çağırıb.

QAZİLER.AZ

Diaspora