Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb backend

Rusiyanın Londondakı səfiri Andrey Kelini Krallığın ərazisində “Rusiya Federasiyası tərəfindən təşkil edilmiş düşmənçilik fəaliyyəti” ilə bağlı ittihamlarla əlaqədar Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Lakin görüşün nəticələri barədə məlumat verilməyib.

“Xarici İşlər Nazirliyi bu gün Rusiya səfiri Andrey Kelini Böyük Britaniyada Rusiyanın rəhbərlik etdiyi pis fəaliyyətlə bağlı iddialara görə çağırıb”, - bəyanatda deyilib.

Söhbət London polisinin beş kişiyə qarşı irəli sürdüyü ittihamlardan gedir. Onlar ölkənin milli təhlükəsizliyinə təhdidlə bağlı işə qarışıblar. Britaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan ikisi Rusiya Federasiyasının xeyrinə düşmənçilik fəaliyyətində iştirak edib və xarici kəşfiyyat xidmətləri ilə əlaqə saxlayıb.

QAZİLER.AZ

Diaspora