Ərdoğanın ABŞ-yə səfəri təxirə salındı

Ərdoğanın ABŞ-yə səfəri təxirə salındı backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə planlaşdırılan səfərini proqramındakı dəyişikliklərlə əlaqədar təxirə salıb.

Qaziler.az bildirir ki, bu barədə “Haber Global” mənbələrə istinadən məlumat yayıb.

Lakin səfərin təxirə salınması ilə bağlı rəsmi məlumat hələ ki, təsdiqini tapmayıb.

Bundan başqa, “Reuters” də Ərdoğanın mayın 9-da ABŞ-yə səfərinin ləğvi barədə yazıb. Agentlik adı açıqlanmayan türk rəsmisinə istinadən xəbər verib. Türkiyə və ABŞ liderlərinin görüşünün təxirə salınmasının səbəbi hələ dəqiqləşdirilməyib.

“Hürriyet” qəzeti daha əvvəl Ərdoğanın Vaşinqtona səfərinə hazırlıqların davam etdiyini və heç bir ləğv əmrinin alınmadığını yazmışdı. Lakin ABŞ-dəkı bəzi siyasi qruplar Türkiyə liderinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşündən sonra onun səfərinə qarşı çıxıblar. Onlar bunun Baydenin dəstəyinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edirlər.

QAZİLER.AZ

Diaspora