Ukraynada daha iki gürcü döyüşçü həlak oldu

Ukraynada daha iki gürcü döyüşçü həlak oldu backend

Ukraynada iki gürcü döyüşçü həlak olub. Onlar Beso Lomidze və Dato Qoqadzedir.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Federasiyasına qarşı döyüşən Vano Nadiradze məlumat verib.

“Təəssüf ki, biz daha iki cəsur gürcü itirdik”, - Nadiradze yazır.

Qeyd edək ki, bir neçə gün əvvəl Avdeyevka istiqamətində gedən döyüşlərdə "Qara Qartal" bölməsindən olan gürcü döyüşçü Soso Ququtişvili həlak olub.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri, qeyri-rəsmi məlumatlara görə, 66 gürcü döyüşçüsü orada həlak olub.

QAZİLER.AZ

Diaspora