Kabayeva Putinin andiçmə mərasimini şərh edib

Kabayeva Putinin andiçmə mərasimini şərh edib backend

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinin inauqurasiya mərasimini şərh edib.

Qaziler.az bildirir ki, onun sözlərini "Metaratings" sitat gətirir.

Kabayeva Putinin xarici ölkələrə deyil, rusiyalılara arxalanmasını vacib adlandırıb. “Bu, bizim bütün uğurlarımızın və qələbələrimizin açarıdır. Xalqın prezidenti və onun siyasətini dəstəkləməsi çox gözəldir”.

Mayın 7-də Putin beşinci dəfə, altı illik müddətə Rusiya prezidenti kimi rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayıb. Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin andiçmə mərasimində onun təyinatını elan edib.

QAZİLER.AZ

 

Diaspora