"Moskva, Bakı və İrəvan arasında imzalanan 2020-ci il müqaviləsi işləmir" - Paşinyan

"Moskva, Bakı və İrəvan arasında imzalanan 2020-ci il müqaviləsi işləmir" - Paşinyan backend

"Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-ci ildə bağlanmış üçtərəfli saziş artıq qüvvədə deyil".

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. O, sənəddə heç bir işlək bəndinin olmadığını vurğulayıb.

“Noyabrın 9-da üçtərəfli bəyanatın heç bir bəndi işləmir”, - Paşinyan bildirib.

Söhbət 2020-ci ilin payızında, 44 günlük müharibədən sonra üç ölkə liderinin hazırlayıb imzaladığı sənəddən gedir. Daha sonra atəşkəs razılaşdırılmışdı.

Baş nazir Tavuş bölgəsindəki sərhəd sütunlarını da Ermənistanın təhlükəsizliyinin təminatı adlandırıb. Hazırda Tavuşda 40 sərhəd sütunu quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən ekspert qrupları işini davam etdirir.

Paşinyan vurğulayıb ki, İrəvan respublika tarixində ilk dəfə olaraq “öz əli ilə” və suveren qərarlarla təhlükəsizlik təminatları yaradır.

QAZİLER.AZ

Diaspora