Putinlə bir sıra yığılmış problemləri müzakirə edəcəyik - Paşinyan

Putinlə bir sıra yığılmış problemləri müzakirə edəcəyik - Paşinyan backend

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya uçacağını və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”  məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə yığılıb qalmış çoxlu problemlər var. Rusiya paytaxtında o, həmçinin Ali Avrasiya İqtisadi Şurasının iclasına sədrlik edəcək.

“Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüşüm olacaq. Rusiya ilə gündəm çox genişdir. Və bilirsiniz ki, bu müddət ərzində çoxlu problemlər yığılıb. Bu problemlərin müzakirəsi Ermənistanla Rusiya arasındakı dostluq münasibətləri kontekstindən mənfi cəhətləri aradan qaldırmaq məqsədi daşıyır”, - o, jurnalistlərə bildirib.

QAZİLER.AZ

Diaspora