Südlü qəhvənin zərəri barədə xəbərdarlıq

Südlü qəhvənin zərəri barədə xəbərdarlıq backend

“Südlü qəhvə içmək orqanizmə heç bir fayda vermir, xüsusən də onu desertlə yeyirsinizsə...”

Qaziler.az bildirir ki, bunu dietoloq Yuliya Xlopova “Life.ru” saytına bildirib. Mütəxəssisin sözlərinə görə, südlü qəhvə şişkinliyə səbəb ola bilər və əlavə kalori qazandırar.

Süddə qəhvə ilə qarışdırıldıqda sadə şəkərlərə parçalanan mürəkkəb polisaxarid olan laktoza var. Südlü qəhvə içəndə onun faydalılığı azalır və belə çıxır ki, siz desert içirsiniz. Üstəlik tort yeyir və şərbət də əlavə edirsinizsə, onda faydaları haqqında dəqiq heç nə demək olmaz”, - Xlopova izah edib.

Bununla belə, alternativ olaraq süd qəhvəyə heç bir fayda verməyəcək, çünki onun istehsalı zamanı şəkər də əlavə olunur. Dietoloq məsləhət görüb ki, bədən quruluşuna diqqət edən şəxslər südlü qəhvə içərkən desertlərdən və şərbətlərdən uzaq dursa yaxşı olar.

QAZİLER.AZ

Diaspora