Şəmistan Əlizamanlının maraqlı VİDEOSU yayıldı

Şəmistan Əlizamanlının maraqlı  VİDEOSU yayıldı backend

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının hərbi hissələrin birində əsgərlərlə birlikdə rəsq edərkən çəkilmiş videosu yayılıb.

Qaziler.az xəbər verir ki, görüntülər barədə danışan Qarabağ qazisi Rey Kərimoğlu çəkilişin 2020-ci ildən əvvələ aid olduğunu bildirdi.

“Şəmistan Əlizamanlı ilə birlikdə, əsgərlərlə rəqs edən digər şəxs Milli QHT Forumunun prezidenti Rauf Zeynidir. 44 günlük Vətən müharibəsinə qədər istər Şəmistan Əlizamanlı, istərsə də QHT nümayəndələri hərbi hissələrə belə səfərlər edir, görüşlər keçirirdilər, əsgərləri ruhlandırır, onlara mənəvi dəstək verirdilər. Bu video da həmin görüşlərdən birində lentə alınıb”, - deyə Rey Kərimoğlu video ilə bağlı qısa təəssüratlarını paylaşıb. 

Qeyd edək ki, videoda səslənən “Dilin can incidəndir” musiqisini xanəndə Şahin İsmayılov ifa edib.

QAZİLER.AZ

Diaspora